Xəbər lenti

"Bavariya" Altıntopa yeni vəzifə verdi
İdman08:51 11.03.2023

"Bavariya" Altıntopa yeni vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Karyerasını bitirdikdən sonra 3 ildir ki, "Bavariya"da müxtəlif vəzifələrdə çalışan Türkiyə millisinin sabiq üzvü Halil Altıntopa klubda yeni iş verilib.
Qaynarinfo xəbər verir ki, Altıntop "Bavariya"nın akademiyasının idman direktoru vəzifəsinə təyin olunub. Bu barədə klubdan açıqlama verilib. 
2020-ci ildən "Bavariya"da çalışan keçmiş futbolçu açıqlamasında ona göstərilən etimada görə Münhen klubunun rəhbərliyinə təşəkkür edib.
2020-ci ildə klubun gənclik inkişaf mərkəzinə qatılan Halil Altıntop peşəkar komandaya namizəd olan gənc istedadlar üzərində koordinator kimi fəaliyyət göstərib, həmçinin akademiyaya dəvət olunan yeni futbolçulara nəzarət edib.
Səbuhi Həsənov