İdman 21:10 30.05.2022

"Bavariya" tarixçəm bitdi" - Levandovski komandadan getdiyini təsdiqlədi

"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski mayın ortalarından bildirdiyi kimi Almaniya klubundan ayrıldığını təsdiqləyib.

Qaynarinfo Sport.pl-ə istinadla xəbər verir ki, bu barədə Levandovski Millətlər Liqasında matçlara hazırlaşan Polşa millisinin heyətində olarkən mətbuat konfransı zamanı danışıb.

"Ümid edirəm ki, indi dediklərim kifayət edəcək. Artıq suallara ehtiyac qalmayacaq. Bu gün əminliklə deyirəm ki, "Bavariya" ilə tarixçəm bitdi.

Son aylardan sonra mən gələcək əməkdaşlığı təsəvvür edə bilmirəm. Keçid hər iki tərəf üçün yaxşı qərar olacaq. Və inanıram ki, "Bavariya” sadəcə bunu etmək üçün mənə mane olmayacaq", - Levandovski deyib.

Qeyd edək ki, daha əvvəl Levandovskinin "Barselona" ilə müqaviləni razılaşdırdığı bildirilirdi.

Nizami Bağırov