"Bavariya"nın alman ulduzu Tomas Müller sahibi olduğu atla bağlı sosial şəbəkədə paylaşım etdikdən sonra Heyvan Hüquqları Dərnəyinin hədəfinə düşüb.
Qaynarinfo "Goal"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu və onun həyat yoldaşı Liza Heyvan Hüquqları Assosiasiyası tərəfindən heyvanlara qarşı amansızlıq etməkdə ittiham olunur.
"Bavariya"nın ulduzu İnstaqramda atı Deyvin çoxalma mövsümünə hazırlaşarkən sınaq qaçığı zamanı sürüşüb yıxıldığını və dırnaq nahiyəsindən zədələndiyini, bu üzdən nir neçə ay istirahət edəcəyini bildirib.Bundan sonra Müller və həyat yoldaşı "heyvan amansızlığı"nda günahlandırılıb.
PETA heyvan hüquqları birliyinin sözçüsü Yana Hoqer, Müller və həyat yoldaşının şəxsi mənfəətləri üçün qeyri-təbii şəkildə heyvanları cütləşdirərək, onlara işgəncə verdiyini söyləyib:
"Özünü sevən at həvəskarlarının himayəsində olan heyvanlardan maksimum qazanc əldə etmək üçün onları qeyri-təbii yolla cütləşməyə məcbur etməsi dəhşətlidir. Müller və Lizanın nəzarəti altında Deyvin başına gələn problem qaçılmaz və lazımsız idi".
Atdan nəsil artırmaq üçün istifadə edən və dondurulmuş at spermasının bir dozasından 200 avro qazanan alman ulduzun həyat yoldaşı Liza at yarışçısıdır. Cütlük Almaniyada "Gut Wettlkam" atçılıq fermasının sahibidir.
<script async="" src="//www.instagram.com/embed.js">
//
Səbuhi Həsənov