Xəbər lenti

"Bavariya"ya qarşı saxtakarlıq ittihamı irəli sürüldü
İdman17:42 29.12.2021

"Bavariya"ya qarşı saxtakarlıq ittihamı irəli sürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya nəhəngi "Bavariya"ya qarşı istintaq açılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın məşhur nəşrlərinən olan "Sport Inside" məlumat yayıb. Klubun infrastrukturunda, akademiyasında vergi və minimum əmək haqqı ilə bağlı saxtakarlıq etməsi iddiası ortaya atılıb. Almaniyanın ən böyük klubu və "sabitlik abidəsi” kimi tanınan "Bavariya”nın sabiq işçilərinə, o cümlədən direktorlarına qarşı mənimsəmə və minimum əmək haqqı qanununu pozma ittihamları ilə istintaq başlayıb. Şübhəlilər arasında klubun baş direktoru Oliver Kan, idman direktoru Hasan Salihamidziç, baş direktor müavini Yan-Kristian Dresen və İdarə Heyətinin üzvü Andreas Yunq da var. Vəziyyətdən klubun keçmiş prezidenti Karl-Haynts Rummeniggenin də xəbərdar olduğu bildirilir.
İstintaq çərçivəsində texniki heyətdəki hazırkı və keçmiş işçilərin adları soruşulub. Dindirilən şəxslərin bəziləri qanunda göstərilən iş vaxtından 4 dəfə artıq işləmələrinə baxmayaraq, yenə də az əmək haqqı aldıqlarını iddia ediblər.
Səbuhi Həsənov