ABŞ prezidenti Co Bayden iqtisadi problemlərə görə Çini "saatlı bomba" adlandırıb. Eyni zamanda, onun sözlərinə görə, ABŞ hakimiyyəti bu ölkə ilə "rasional münasibətlərə” can atır və ona zərər vermək istəmir.
Qaynarinfo xəbər verir ki, o, bunu Yuta ştatında keçirilən ianə aksiyasında
deyib.
"Çin bir çox hallarda saatlı bombanı xatırladır. Onların bəzi problemləri var. Bu, yaxşı deyil, çünki pis insanlar problemə düşəndə pis işlər görürlər”, - Bayden bildirib.
Eyni zamanda o qeyd edib ki, ABŞ hələ də "Çinlə rasional münasibətlərə” cat atır. "Mən Çinə ziyan vurmaq istəmirəm, amma izləyirəm”, o əlavə edib.
Xatırladaq ki, avqustun 10-da ABŞ Çinin texnologiya sənayesinə investisiyaları məhdudlaşdırıb: bu, yarımkeçiricilərin, mikroelektronikanın, kvant texnologiyalarının və süni intellektin inkişafına təsir edir. ABŞ Maliyyə Nazirliyi hesab edir ki, belə bir addım kəşfiyyat fəaliyyəti və ya müşahidə üçün istifadə oluna bilən texnologiyaların inkişafını məhdudlaşdıracaq.
Nizami Bağırov
Şərhlər