ABŞ prezidenti Co Bayden və komandası gizli görüşdə İranın nüvə obyektlərinə zərbə endirmək planını müzakirə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən yazıb.
ABŞ-ın mümkün hücum variantları iranlıların 20 yanvara qədər nüvə silahı yaratmaq istiqamətində addımlar atacağı variant üçün hazırlanıb. Onlar Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan tərəfindən təqdim edilib.
"Bu, bir neçə həftə əvvəl indiyədək gizli qalan görüşdə baş verib", deyə nəşr qeyd edir.
Portalın məlumatına görə, Bayden son nəticədə bu məsələ ilə bağlı yekun qərar verməyib.
Bir gün əvvəl ABŞ-ın İran üzrə xüsusi elçisinin keçmiş müavini Riçard Nefyu "Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda nəticə əldə etmədiyi təqdirdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini bildirib. Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasından dərhal sonra Tehranın nüvə proqramına son qoymaq üçün danışıqlara son bir yaxşı niyyət cəhdi etməlidir.
Aydın
Şərhlər