Xəbər lenti

Bayden respublikaçıları “oyun oynamamağa” və Ukraynanı dəstəkləməyə çağırdı
Dünya 08:53 02.10.2023

Bayden respublikaçıları “oyun oynamamağa” və Ukraynanı dəstəkləməyə çağırdı

ABŞ prezidenti Co Bayden hökumətin maliyyələşdirmə layihəsi təsdiqləndikdən sonra Konqresin Ukraynaya lazım olan Amerika yardımını təsdiqləyəcəyinə ümid etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, Baydenin çıxışı onun "X" (keçmiş "Twitter") səhifəsində yayımlanıb.

Oktyabrın 30-da ABŞ prezidenti Konqresin hər iki palatası tərəfindən qəbul edilmiş hökumətin maliyyələşdirilməsinin 45 gün müddətinə uzadılması layihəsini təsdiqləyib, bu layihəyə federal orqanlar üçün vəsait, təbii fəlakət qurbanlarına dəstək tədbirləri daxildir, lakin Ukraynaya yardım nəzərdə tutulmayıb.

"Gəlin aydınlıq gətirək, ümid edirəm ki, qarşı tərəfdəki dostlarım (Respublikaçılar-red.) Ukraynanı dəstəkləmək barədə verdikləri sözə əməl edəcəklər. Gəlin buna səs verək”, deyə ABŞ prezidenti bildirib.

"Oyun oynamağı dayandırın. Edin bunu”, deyə Bayden əlavə edib.

Bayden bildirib ki, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Konqresin Ukraynanı ayrıca səsvermə ilə dəstəkləməyə hazırlaşdığını deyib: "Mən gözləyirəm ki, spiker Ukraynanın ehtiyac duyduğu qanun layihəsinin qəbulunu təmin etmək öhdəliyini yerinə yetirəcək”.

Qeyd edək ki, əvvəlcə Makkarti "şatdaun”un (hökumətin fəaliyyətinin dayandırılması) qarşısının alınması məsələsini həll etmək üçün Ukraynaya yardımın xaric edilməsini təklif edib. Demokratlar Ukrayna üçün müvəqqəti büdcəyə 6 milyard dollar daxil edib, lakin Nümayəndələr Palatasında və Senatda əksəriyyət 300 milyon dollarlıq maliyyələşdirməni dəstəkləyib. Bayden "nə qədər lazımdırsa” Ukraynanı dəstəkləyəcəyini vəd edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->