Xəbər lenti

"Bayer" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi
İdman09:25 24.10.2023

"Bayer" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının qrup mərhələsində baş tutacaq "Bayer" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, oktyabrın 26-də, saat 23:00-da Leverkuzendəki "BayArena"da keçiriləcək görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Horatiu Feşniçə meydançanın kənarında Valentin Avram, Alexandru Cerei kömək edəcək. Dördüncü hakim Szabolş Kovaç olacaq.
Qarşılaşmanın VAR hakimləri isə İtaliya və Portuqaliyadandır. VAR otağında Tiaqu Martins (Portuqaliya) və Paolo Valeri (İtaliya) yer alacaq. 
Səbuhi Həsənov