Xəbər lenti

Baykerlərimiz Fransada Avropa Oyunlarını təbliğ edəcək
İdman09:09 06.05.2015

Baykerlərimiz Fransada Avropa Oyunlarını təbliğ edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi, Land of Fire Birliyinin üzvlәri Fransanın Qrimo şəhərində keçiriləcək MotoFestivalda iştirak üçün motoyürüş edirlər.  

Bu motoyürüşün məqsədi, 12-18 iyun tarixlərində Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları (#BAKU2015)  ərəfəsində Azərbaycanı və Avropa oyunlarını tanıtmaq və təbliğ etməkdir.

Baykerlər iki qrupa bölünərək, Harley Davidson motosikletləri ilə Bakıdan motoyürüşə başlamışdırlar.  Baykerlərin bir qrupu Gürcüstan, Ukrayna, Macarıstan, Sloveniya və İtaliya ərazisindən keçib, ikinci qrup isə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya və İtaliya ərazisindən keçib. Hal hazırda hər bir qrup 5000 km-dən artıq  məsafəni qət edib.  Dünən hər iki qrup İtaliyanın Genuya şəhərində görüşüb.  Artıq bu gün onlar Fransanın Qrimo şəhərinə yola düşüblər.  Onu da qeyd etmək lazımdır ki, hazırki motoyürüş iştirakçıların şəxsi vəsaitləri hesabına maliyyələşdirilir.

Land of Fire birliyi Harley Davidson markalı  motosikletlərin sahiblərinin müstəqil birliyidir.  Birlik iştirakılarını bir araya gətirən əsas meyar – Harley Davidson motosikletlərinə məhəbbət, üzvlər arasında qardaşlıq  münasibətləri, vətənə sevgidir.

Qaynar.info