Xəbər lenti

Bayram günü dəhşətli qəza: 2 ölü, 2 yaralı (VİDEO-YENİLƏNİB)
Ölkə10:56 22.03.2013

Bayram günü dəhşətli qəza: 2 ölü, 2 yaralı (VİDEO-YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda dəhşətli yol qəzası olub. Qəza “VAZ 2107” markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində baş verib.

Sabirabad Rayon Polis Şöbəsindən bildiriblər ki, baş verən qəzaya səbəb "Mercedes" markalı avtomobil, VAZ 2107 və VAZ-2115 markalı maşınların toqquşması olub. Qəza nəticəsində 2 nəfər ölüb, 2-si isə ağır yaralanıb. Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ölən və yaralananların kimliyini və hadisənin baş vermə səbəblərini araşdırır./Anspress/