Xəbər lenti

Bayram günü ev yandı
Ölkə11:05 01.01.2014

Bayram günü ev yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanğın söndürülüb və hadisə nəticəsində xəsarət alan olmayıb

Hadisə  Bayram günü Azərbaycanda daha bir ev yanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay rayonunun Şəkər kəndində 1968-ci il təvəllüdlü Məmmədov Tərlan Dadaş oğluna məxsus fərdi yaşayış evində yanğın hadisəsi olub. Evin ikinci mərtəbəsində 1 otağın tavanı və çardaq (40 kv metr ərazidə) alışaraq yanıb. 

Əraziyə Göyçay rayon FHN yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qaynar.info