Xəbər lenti

Bayram Kərimovun anası: "Prezident balamı qurtarıb mənə verdi"
Ölkə19:01 30.12.2020

Bayram Kərimovun anası: "Prezident balamı qurtarıb mənə verdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Çox sağ olsunlar ki, mənim balamı əsirlikdən qurtarıb mənə verdilər”
Qaynarinfo xəbər verir ki, bunu Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimovun anası Zülfiyyə Kərimova bildirib.
"Bütün dualarım qəbul olundu. Çox sevincliyəm, hamıya təşəkkür edirəm. Həkimlər sağolsunlar oğlumun sağlamlığına diqqətlə yanaşıb, ayağa qaldırıblar”.
Qeyd edək ki, Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimov bu gün evə buraxılıb.