Xəbər lenti

Bayram Səfərovdan ermənilərlə ortaq telekanal layihəsinə dəstək
Ölkə10:33 07.11.2013

Bayram Səfərovdan ermənilərlə ortaq telekanal layihəsinə dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Gənclər bir-biri ilə danışmalıdı, əlaqə saxlamalıdı..."

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmaq ideyasını dəstəkləyib.

Qaynar.info Modern.az-a istinadən xəbər verir ki, ““Sülh TV” kanalının açılmasına çox yaxşı baxıram”-deyə o bildirib. Azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmasının müsbət hadisə kimi dəyərləndirən icma sədri danışıqların müharibədən yaxşı olduğunu vurğulayıb.  “Gənclər bizim gələcəyimizdir. Gənclər bir-biri ilə danışmalıdı, əlaqə saxlamalıdı. Ona görə də gənclərin ortaq layihəsinə pis baxmıram. Erməni gənclərini də izah edib başa salmaq lazımdır ki, başqalarının torpağını zəbt etmək olmaz”.

Bayram Səfərov Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Sülh” TV-yə qarşı çıxmasına da münasibət bildirib. “O, Akif Nağının öz fikridir. Sülh olsa, daha yaxşıdır. İstər Azərbaycan, istərsə də Ermənistan danışıqlar aparır. Danışılmayanda nə olur ki? Hər şey danışılmalı və aydınlaşdırılmalıdır”-deyə B.Səfərov qeyd edib.

Qaynar.info