Xəbər lenti

Bayramqabağı restoranlarda qiymətlər kəskin bahalaşacaq? (ŞƏRH)
Ekonomiks 15:14 15.12.2023

Bayramqabağı restoranlarda qiymətlər kəskin bahalaşacaq? (ŞƏRH)

"Bayramlarda qiymətlərin qalxacağını indidən proqnozlaşdırmaq çətindir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. 
 
Ekspertin fikirincə, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün restoronlara gedənlərin sayı kəskin şəkildə aşağı düşüb: 
 


"Düşünürlər ki, xərci var, vergi ödəyiciləridir, heç olmasa ilin axırında müəyyən qədər qiymətləri artırsınlar. Onların istəyi reallaşmaya bilər. Çünki əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır. Azərbaycanda digər ölkələrə müqayisədə bayram günlərində restoronlara gedənlərin sayı azdır. Baxmayaraq ki, restorona gedənlər bizə çox görünür. Qərb ölkələrində bəzi insanlar səhər, günorta və axşam yeməyini restoranlarda yeyir. Daha çox pul xərcləyirlər, evlərində yemək hazırlamırlar".

Ekspert Azərbaycanda çoxlu sayda ticarət və iaşə obyektlərinin olduğunu bildirib:

"İstehsal müəssisələri isə azdır. Bu səbəbdən insanlar daha çox ticarətə cəlb olunub. Əhalinin isə alıcılıq qabiliyyəti aşağıdır. Onlar da fikirləşir ki, il ərzində qazanc əldə edə bilmirlər, heç olmasa bayramlarda qiyməti artırmaq hesabına müəyyən qədər gəlir əldə etsinlər. Bu, düzgün yanaşma deyil. Onlar ilk növbədə çalışmalıdırlar ki, daha yaxşı xidmət göstərməklə gəlirlərini artırtsınlar. Bu da mümkün deyil".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->