Xəbər lenti

Bayraq Meydanına yeni rəis təyinatı
Ölkə05:25 16.05.2015

Bayraq Meydanına yeni rəis təyinatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəsi təyin edilib. Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilsin".
Qeyd edək ki, bu vəzifəni bundan öncə Rəşad Rəfael oğlu Məmmədov icra edib. Lakin dövlət başçısının may ayının əvvəlində verdiyi sərəcamla o vəzifəsindən azad edilib. Rəşad Məmmədov bu vəzifəyə 2011-ci ilin aprel ayında təyin edilmişdi. "Maliyyə xəyanəti"ndə itthiam olunan Rəşad Məmmədov bir neçə gün əvvəl həbs olunub.
Qaynar.info