Xəbər lenti

Baytarlıq nəzarətindəki yüklərin idxal–ixracına icazənin alınması elektronlaşıb
Ölkə11:27 24.08.2015

Baytarlıq nəzarətindəki yüklərin idxal–ixracına icazənin alınması elektronlaşıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fermerlər dövlət baytarlıq nəzarətində olan yüklərin idxal–ixracı zamanı icazənin alınması ilə bağlı da lektron xidmətdən yararlana bilərlər. Bu xidmət ölkədə dövlət baytarlıq nəzarətində olan yüklərin(diri heyvan, baytarlıq preparatlarının, yem və yem əlavələrinin) idxal–ixracı zamanı icazənin verilməsi üçün aidiyyəti üzrə informasiya sistemlərinin formalaşdırılması və yaradılmasını, eləcə də qeyd olunan sahələr üzrə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin hüquqi əsasının yaradılmasını əhatə edir.
Elektron xidməti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən göstərilir. Xidmətdən istifadə etmək üçün bu linklərdən istifadə etmək lazımdır: http://www.agro.gov.az/,    http://www.ehdis.az/,    http://www.vet.gov.az/
Xidmət barədə [email protected], [email protected] elktron poçt ünvanına yazmaqla məlumat əldə edə bilərsiniz. 
İcazəni almaq üçün təqdim edilən sənədlər Dövlət Baytarlıq Xidməti tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir. 
İcazənin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin http://www.agro.gov.az/ internet saytının ana səhifəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin http://www.vet.gov.az/ internet saytına keçid (keçid linki) yaradılmalıdır. 
Keçid (keçid linki) vasitəsilə müraciət və təqdim edilən sənədlər Dövlət Baytarlıq Xidməti tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti sektora təqdim edilir. Aidiyyəti sektorda sənədlərə baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə üç gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda isə üç gün ərzində baytarlıq nəzarətində olan yükün idxal-ixracına icazə verilir.  
Dövlət Baytarlıq Xidməti tərəfindən icazə müvafiq qaydada hazırlanır və imzalandıqdan sonra aidiyyəti sektor tərəfindən xüsusi kitabda qeydiyyata alınır, telefon və ya elektron poçt vasitəsilə ərizəçiyə məlumat verilir. 
İcazəni alınması üçün təqdim edilən sənədlərin siyahısı və müvafiq formaları http://e-xidmet.agro.gov.az/index.php?lang=az§ionid=41 bu link vasitəsilə əldə etmək mümkündür.
Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “İri fermer təsərrüfatlarının elektron xidmətlərdən istifadəsinə yardım göstərilməsi” layihəsi çərçivəsində dərc olunub.
Qaynar.info