Xəbər lenti

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... (VİDEO)
Video 10:23 31.05.2025

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... (VİDEO)

Yay meyvələrinin çoxu artıq piştaxtaları bəzəməyə başlayıb

Qaynarinfo xəbər verir ki, bazarda ən bahalı meyvələrdən biri yapon əzgilidir. Onun kiloqramı 20 manata satılır.

Bundan əlavə, yerli məhsul olan kaktus meyvəsinin kiloqramı isə 50 manata satılır.

Satıcılardan biri deyir ki, bu meyvəni almaq üçün xaricdən gələnlər də var:

"Bu meyvə Astara, Lənkərandan gətirilir. Şəkər xəstələri gündə 3 dəfə - səhər, günorta və axşam bu meyvəni yesələr, dərman və iynəyə ehtiyacları qalmayacaq".

Bazarda digər meyvələrin qiymətləri isə belədir: gilasın kiloqramı 6-18, çiyələk 8-9, alça 15, şaftalı 17, tut isə 10 manata təklif edilir.

Ətraflı Baku TV-nin süjetində:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->