Xəbər lenti

Bazarın kanalizasiyası və məişət tullantıları kanala axıdılır - VİDEO
Ölkə18:05 26.03.2017

Bazarın kanalizasiyası və məişət tullantıları kanala axıdılır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə rayonunda 10 ilə yaxındır ki, bazarın kanalizasiya xətləri və məişət tullantıları suya axıdılır.
"Qaynar" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, rayonun Güloğlular kənd sakinləri kənddən keçən su arxının antisanitar şərait yaratdığından şikayətçidirlər. Kənd sakinləri bir neçə il əvvəldən vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qaldığını və bu problemin onların səhhətinə təhlükə olduğunu deyir.
Kənd sakinləri bildirib ki, son 7 ildə kəndin yaxınlığında yerləşən bazarın kanalizasiya xətləri və tullantıları arxa tökülüb. Bazarda kəsilən heyvanların içalatları da buraya atılır. Sakinlər bir necə ildir arxın suyundən istifadə edə bilmir. Çünki çirklənmiş su xəstəlik mənbəyinə cervilib.
Məsələ ilə bağlı Qarabağ Regiyonal Meşə Melorasiya İdarəsindən "Xəzər Xəbər”ə bildirdilər ki, sözügedən drenaj bir il bundan əvvəl təmizlənib. Lakin bazardadakı xırda ticarət obyektləri tulantıları drenaj kanalına axıdır. Bununla bağlı bazar rəhbərliyinə dəfələrlə müraciət edilib, lakin cərimə tətbiq olunmayıb. İdarənin məlumatına görə, qrafik üzrə təmizləmə işləri aparılacaq.
Qaynar.Az