
Bazarlarda mövsümü məhsulların qiymətində artım var.
"Qaynarinfo" Xezerxeber-ə istinadən xəbər verir ki, əvvəlki illərə nisbətən bu il bazarlara bəzi məhsulların az gətirilməsi qiymətlərdə nisbətən artıma səbəb olub.Xüsusi ilə də pomidor və qarpızın mövsümü olduğundan bu məhsullara tələbat daha çoxdu.
Alıcılar da qiymətlərin bu dövrdə yetişən məhsullarda artdığını deyirlər.
Pomidor və qarpızdan fərqli olaraq bəzi məhsulların qiymətində ucuzlaşma var. Şaftalı ilə yanaşı bu il üzüm və kartofda bolluq var.
Satıcılar deyir ki, bəzi rayonlarda məhsullar tam yetişməyib .Bu səbəbdən yaxın günlərdə qarpız və pomidorun qiymətində də enmə gözlənilir.
Qaynarinfo.Az