Xəbər lenti

BDU-nun baş laborantı vəfat etdi (FOTO)
Ölkə10:24 15.01.2024

BDU-nun baş laborantı vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin əməkdaşı dünyasını dəyişib.
Bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.
Universitetin Tarix fakültəsi, "Azərbaycanın maddi mədəniyyət tarixi” ETL-də baş laborant vəzifəsində çalışan Zaur Hüseynov vəfat edib.
1971-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinə daxil olub və 1993-cü ildə bitirib. 1994-1995-ci illərdə daxili qoşunlarda zabit rütbəsində xidmət edib. 2002-ci ildən Bakı Dövlət Universiteti Tarix fakültəsi "Azərbaycanın maddi mədəniyyət tarixi” ETL-də böyük laborant vəzifəsində işləyirdi.