Xəbər lenti

BDU-nun veteran məzunları birarada - FOTO
Ölkə08:18 18.05.2015

BDU-nun veteran məzunları birarada - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Əkinçi” qəzetinin nəşrə başlamasından düz 100 il sonra - 1975- ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmaqla 40 il əvvəl jurnalist ixtisasını seçənlər bir araya gələrək Fəxri Xiyabanə yollanaraq milli mətbuatımızın yaranmasının 140 illiyi ərəfəsində ilk qəzet naşirimiz Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
Qaynar.info xəbər verir ki, veteran məzunlar Azərbaycan mətbuatının banisinin məzarı üzərinə tər çiçək dəstələri düzüb, dünyadan köçmüş tələbə yoldaşlarının və müəllimlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir sonradan ziyafət şəklində davam edib. 1975-1980-ci illərin məzunları və BDU jurnalistika fakültəsinin tədbirə qatılmış professor-müəllim heyəti həmin dövrə aid fotolardan ibarət, mahnı və musiqili mətnlə müşayiət olunan diskə baxıb, xatirə və təəssüratlarını dilə gətiriblər.
Qaynar.info