Narkotik ticarəti və bıçaqlanmada günahkar bilinən "Sevilya"nın keçmiş futbolçusu Qvinsi Promes Niderlanda qaytarılmayacaq.
Qaynarinfo-nun məlumatına görə, fasilə zamanı BƏƏ-də komandası "Spartak"la birlikdə hazırlıq keçən futbolçunun Rusiyaya geri qayıtması qadağan edilib. Oyunçu sərhəd nəzarətində saxlanılıb.
O, Birləşmiş Ərəb Əmirliklərində yol-nəqliyyat hadisəsi zamanı piyadanı vurub qaçdığı üçün saxlanılıb. Rusiya mətbuatında yazılanlara görə, Promes bu cinayətə görə həbsdən yayınacaq və əvəzində cərimə olunacaq.
Niderland prokurorluğundan verilən açıqlamada, "Promesin həbsi ilə bağlı xəbərləri yoxladıq və öyrəndik ki, o, Niderlandda törətdiyi deyil, yerli cinayətə görə həbs edilib. Hələlik biz onun ekstradisiyasını tələb edib-etməyəcəyimizlə bağlı suala cavab vermirik. Bu qədər. Biz onun ekstradisiyasına dair danışıqlar apardığımızı bildirməmişik” - ifadələri yer alıb.
Niderlandda narkotik alverində (1350 kq kokainlə biznes qurmaq niyyətində idi) və əmisi oğlunu bıçaqlamaqda günahlandırılan 32 yaşlı futbolçu haqda altı illlik və ya 18 aylıq həbs cəzası qərarı çıxarılıb. Rusiya mətbuatı ölkə rəhbərliyinin Promesin Niderlanda göndərilməməsi və Rusiyaya qayıtarılması üçün yüksək səviyyədə müdaxilə etdiyini irəli sürür.
Səbuhi Həsənov