Xəbər lenti

Bəhram Bağırzadənin "İki şəhəri" - FOTOLAR
Ölkə09:12 25.05.2013

Bəhram Bağırzadənin "İki şəhəri" - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 24-də  Müasir İncəsənət Mərkəzində aktyor, fotoqraf-rəssam Bəhram Bağırzadənin "Bakı dünən və bu gün” adlı sərgisi açılıb. 

B.Bağırzadə bildirib ki, 112 şəkildən ibarət olan sərgidəki şəkillər aktyorun şəxsi kolleksiyasına aiddir: "Bu şəkillər Bakının yüz il bundan öncə çəkilmiş şəkilləridir. Mən bu şəkillərə baxaraq, Bakının bugünkü görüntüsünü eyni rakursdan, eyni istiqamətdən çəkmişəm. Ona görə də, sərgi "Bakı dünən və bu gün” adlanır ”.

Tədbirin sonunda müəllifi Bəhram Bağırzadə olan "İki şəhər” adlı kitabın təqdimat mərasimi keçirilib.

APA