
“Neftçi” PFK-nın Müşahidə Şurası məlumat yayıb.
Qaynarinfo.Az xəbər verir ki, bununla da Bəhram Bağırzadənin klubdan ayrılması rəsmiləşib.
Belə ki, “Neftçi” PFK-nın Müşahidə Şurasının məlumatına əsasən, şura üzvü Bəhram Bağırzadə öz istəyi ilə üzvlük səlahiyyətlərinin icrasını dayandırıb. Klub isə ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Bəhram Bağırzadə ötən ilin martında bu klubun Müşahidə Şurasına üzv təyin olunmuşdu. Onun əsas işi daha çox "Neftçi"nin oyunları zamanı azarkeşlərin stadionlara cəlb olunması yönündə idi.
Qaynarinfo.Az