Xəbər lenti

Bekhemə ölkəsində fəxri ad veriləcək
İdman07:36 30.12.2021

Bekhemə ölkəsində fəxri ad veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə futbolunun əfsanəsi Devid Bekhemin uzun müddətdir gözlədiyi arzusu gerçəkləşməkdədir. 
Qaynarinfo xəbər verir ki, veteran futbolçu ölkəsində "cəngavər" fəxri adı almağa hazırlaşır.  Onun maliyyə durumu bu gözləntiyə son qoymağa imkan verir. "Mançester Yunayted"in və "Real"ın keçmiş futbolçusunun gələn iyun üçün rəsmi tövsiyələr siyahısına salındığı bildirilir. 
Sabiq yarımmüdafiəçinin vergidən yayınma məsələlərində ittiham olunması onun İngilərə qaydalarına görə "qırmızı kateqoriya"ya salınması ilə nəticələnmişdi. Bekhemin adı 2013-cü ildə vergidən yayınan 140 məşhurun siyahısında olduğu üçün qara siyahıya salınmışdı. Bu üzdən o heç bir rütbəyə layiq görülməmişdi. İngiltərə qaydalarına görə hansısa şəxsə maliyyə qaydalarında yol verdiyi pozuntularına görə "qırmızı xəbərdarlıq" edilirsə, sonradan onlara fəxri adların verilməsi qadağan olunur. Buna baxmayaraq ittihamlarla əlaqədar apellyasiya şikayəti verən Bekhem uğur qazanıb və "yaşıl kateqoriya"ya yüksələ bilib. Bu da onun yeni ad almasına şərait yaradıb. 
Keçmiş İngiltərə kapitanı indi fevral ayında 100 yaşında vəfat edən milli qəhrəman kapitan ser Tom Mur kimi insanların siyahısına qoşularaq, adının qarşısına "ser” əlavə edən ən son şəxslərdən biri olmağa hazırlaşır. Veteran futbolçu ser Murun ailəsi tərəfindən tərifə layiq görülüb və onun müharibə veteranına göstərdiyi mehribanlıq vurğulanıb. 
"Sunday Times"in dərc etdiyi hesabatda adları vergi saxtakarlığı edənlərin siyahısından çıxarılan Devid və onun həyat yoldaşı Viktoriya Bekhemin əslində, Britaniyada ən yüksək vergi ödəyiciləri arasında olduqları bildirilib. 
"İnter Mayami"nin sahibi və keçmiş "Spice Girl" qrupunun keçmiş üzvünün 12 ay ərzində 12,7 milyon funt-sterlinq vergi ödədiyi bildirilib.
Səbuhi Həsənov