"Serkl Brügge"nin belçikalı qapıçısı Migel Van Damm dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qapıçı 2016-cı ildən leykemiya ilə mübarizə aparırdı.
Klubun açıqlamasında bu ifadələr yer alıb: "Bir müddətdir işlərin yaxşı getmədiyini bilsək də, hisslərimizi təsvir etmək üçün sözlər kifayət deyil. Bu "Serkl Brügge"nin təxminən 123 illik tarixində olduqca çətin bir gündür".
Van Dammın xatirəsinin Belçika - Burkina Faso oyunundan əvvəl bir dəqiqəlik sükutla yad edilməsi planlaşdırılır.
Səbuhi Həsənov
Səbuhi Həsənov