Xəbər lenti

Bələdiyyələrin qanunsuz verdiyi torpaqlar geri qaytarıldı (RƏSMİ)
Ölkə18:51 30.06.2021

Bələdiyyələrin qanunsuz verdiyi torpaqlar geri qaytarıldı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin ilk yarısında bələdiyyələr tərəfindən qanunsuz verilmiş 2400 hektardan çox torpaq sahəsi geri qaytarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclasında deyilib.
Qeyd edilib ki, birinci yarımildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 13 mindən artıq işə baxıldığı, 348 minə yaxın tədqiqat obyekti üzrə müvafiq rəylərin verildiyi bildirilib:
"Nazirlik tərəfindən bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlərin görüldüyü, 2021-ci ildə 38 minədək bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirildiyi, 1.225 aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 2.400 hektardan çox torpaq sahəsinin geri qaytarıldığı qeyd olunub".