Xəbər lenti

Beli sındırılan lənkəranlı gəncin ailəsi yardım istəyir
Ölkə08:07 09.07.2014

Beli sındırılan lənkəranlı gəncin ailəsi yardım istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müstəqim Məmmədova qarşı törədilmiş cinayəti DİN-in İstintaq İdarəsi araşdıracaq 

İyunun 17-də Salyan rayonu ərazisində üç nəfər tərəfindən qəddarlıqla döyülərək onurğa sütununun 5-ci fəqərəsi sındırılan (“L1 fəqərə cismində kəskin çökmə sınığı, arxa üst hissədə kanala doğru 3 mm-lik yerdəyişmə və dural kisəyə minimal kompresiya) Lənkəran şəhər sakini Müstəqim Məmmədovun işi Salyan rayon Polis şöbəsindən alınaraq Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə təhvil verilib. Bunu Bizimyol.info-nun əməkdaşı ilə söhbətində M.Məmmədovun atası Nazim Məmmədov deyib.

N.Məmmədovun sözlərinə görə, nəhayət dünən oğlunun aldığı xəsarətlə bağlı ekspertiza keçirilib, amma işlə bağlı kimsənin saxlanılıb-saxlanılmaması barədə onda heç bir məlumat yoxdur.

Qeyd edək ki, 30 yaşlı M.Məmmədovun təcili əməliyyata ehtiyacı var. Tehranda M.Məmmədova əməliyyatın 10 min dollara edilməsinin mümkünlüyünü bildiriblər. Habelə əməliyyatdan sonra da M.Məmmədov kilinikada 2-3 ay ərzində müalicə almalıdır. Bu məbləğdə vəsaiti ödəmək üçün ailənin imkanı yoxdur. Ailə başçısı Nazim Məmmədov və həyat yoldaşı təqaüdçüdürlər. Məmmədovlar məhz şikəst edilən M.Məmmədovun kreditə götürdüyü avtomobillə göstərdiyi taksi fəaliyyətindən gələn gəlirlə dolandırmış.

Bu  səbəbdən üzümüzü oxucularımıza tutaraq N.Məmmədovun əməliyyatı və müalicəsinə yardım etməyə çağırırıq.

Yardım etmək istəyənlər ianələrini aşağıdakı bank hesablarına köçürə bilərlər.

Alanın Bankı / Beneficiary Bank

Bank Respublika ASC Lankaran filiali

Kod: 504357 VOEN: 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWIFT: BRESAZ22

Alan / Beneficiary

Adı / Name: MUSTAQIM

Soyadı / Name: MAMMADOV

IBAN : AZ51BRES00380194401245929301

VÖEN / TIN: