"Messi ilə ilk dəfə məşqə çıxanda onun haqqında hələ heç nə eşitməmişdim. İnyesta mənə xəbərdarlıq etdi ki, diqqətli ol, çünki o, çox yaxşıdır”.
Qaynarinfo Goal.com-a istinadla xəbər verir ki, bu sözləri "Barselona"nın sabiq futbolçusu Jiuliano Belletti Lionel Messinin əsas komanda ilə ilk məşqindən danışarkən deyib.
O, daha sonra deyib:
"Messi topu alandan sonra kimə qarşı oynadığına əhəmiyyət vermirdi. Həyatımın ən yaxşı çağında idim, amma təkbətək çıxanda heç cür qarşısını ala bilmirdim. Onu nə tuta bilirdim, nə zərbə endirə.
Akademiyadan gələn bir oyunçunun başlanğıcda özünü belə göstərməsi ağlasığmaz görünürdü”, - tanınmış futbolçu Goal.com-a deyib.
Alpər