Xəbər lenti

Bellinqem Çempionşip komandası ilə anlaşdı
İdman06:17 19.05.2023

Bellinqem Çempionşip komandası ilə anlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Borussiya"nın (Dortmund) gənc ulduzu Cude Bellinqemin qardaşı, Cobenin yeni komandası müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, futbolçu "Sanderlend"lə anlaşıb. Böyük qardaşı kimi, Birmingem təmsilçisinin infrastrukturunda böyüyən və əsas komandaya qədər yüksələn gənc futbolçu karyerasında növbəti addımı atır.
Jurnalist Fabrizio Romanonun xəbərinə görə, 17 yaşlı oyunçu Çempionşip komandası ilə müqavilə imzalayacaq.  Məlumata görə,  futbolçunun transferi 3 milyon funt-sterlinqə başa gələcək.
Cobenin tezliklə tibbi müayinədən keçəcəyi və yeni komandası ilə müqavilə imzalayacağı gözlənilir.
Səbuhi Həsənov