Cude Bellinqem "Real"da Ronaldonun rekordunu təkrarlayıb.
Qaynarinfo-nun məlumatına görə, futbolçu "Xetafe" ilə görüşdə qol vurduqdan sonra bu uğura nail olub. Belə ki, futbolçu bununla ilk dörd matçda qol vuran futbolçu kimi diqqət mərkəzinə düşüb. 90+5-ci dəqiqədə vurduğu qolla səhnəyə çıxan Bellinqemin komandası matçdan 2-1 hesablı qələbə ilə ayrılıb.
O, "Real"da keçirdiyi ilk dörd oyunda beş qol vurub. Bununla da Kriştiano Ronaldonun 2009-cu ildəki rekordunu təkrarlayıb. Portuqaliyalı ulduz "Mançester Yunayted"dən "Real"a keçdikdən sonra La Liqadakı ilk dörd oyunda beş qol vurub.
Dortmund "Borussiya"sından transfer olunan Bellinqem "Atletik", "Selta" və "Xetafe" ilə qarşılaşmalarda bir, "Almeriya"ya isə iki qol vurub. Ronaldo 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a keçəndə "Xeres"ə iki, "Deportivo", "Espanyol" və "Vilyareal"a bir qol vurmuşdu.
Səbuhi Həsənov