Xəbər lenti

Zahid Abdullayev “Beloçka”nın sahibinə 22 min atdı
Ekonomiks07:03 30.09.2019

Zahid Abdullayev “Beloçka”nın sahibinə 22 min atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qızıl quyu” limonadı və "Beloçka” günəbaxan tumları istehsal edən şirkətin rəhbərinin pulu mənimsənilib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, "Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri Bayramov Elman Xalid oğlu şirkətin satış meneceri tərəfindən aldadılıb. O polisə şikayətində bildirib ki, satış meneceri Zahid Abdullayev şirkətin 22 min manat pulunu mənimsəyib.
Bununla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, "Ayan” MMC "Qızıl quyu” limonadı və "Beloçka” günəbaxan tumları istehsalı edən müəssisədir.