Xəbər lenti

Benindəki çevriliş cəhdinin təşkilatçısı bu ölkəyə qaçıb
Dünya 22:53 10.12.2025

Benindəki çevriliş cəhdinin təşkilatçısı bu ölkəyə qaçıb

Benində dövlət çevrilişinə cəhdin təşkilatçısı, polkovnik-leytenant Paskal Tiqri qonşu Toqo Respublikasına qaçıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Jeune Afrique" Benin hökumətindəki mənbəyə istinadən məlumat verib.

Uğursuz çevriliş cəhdindən sonra Tiqri Benindən qaçıb. Nəşrin məlumatına görə, o, hazırda Toqonun paytaxtı Lomedədir.

Benin hakimiyyəti çevriliş liderinin ekstradisiyası üçün İnterpol sorğusu təqdim etmək niyyətindədir. "Jeune Afrique" qeyd edib ki, Toqo və Benin dostluq münasibətləri saxlayır.

7 dekabrda bir qrup hərbçi Benində çevriliş etməyə cəhd edib. Üsyançılar prezident Patris Talonun iqamətgahına hücum edib və daha sonra milli televiziya stansiyasının binasını ələ keçirib, efirdə hərbi bərpa komitəsinin yaradıldığını və prezidentin vəzifədən uzaqlaşdırıldığını elan ediblər. Üsyan yatırılıb və 13 nəfər saxlanılıb. Lakin Paskal Tiqri qaçmağı bacarıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->