"Real"ın futbolçusu Kərim Benzema "Qızıl top"u qazanan ən yaşlı oyunçu olub.
Qanarinfo xəbər verir ki, 35 yaşlı hücumçu bu mənada yalnız Stenli Metyuzdan geri qalır. İngiltərə yığmasının və "Blekpul"un sabiq forvardı 1956-cı ildə ilk dəfə 41 yaşında, buna yiyələnib. Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messini geridə qoyub. Argentinalı hücumçu 2021-ci ildə 34 yaşında sözügedən nüfuzlu mükafata sahib çıxıb.
Benzema ötən mövsüm Madrid klubunun heyətində İspaniya La Liqasının və Çempionlar Liqasının (ÇL) qalibi olub. Madrid təmsilçisi cari mövsümün əvvəlində isə UEFA Super Kubokunu qazanıb.
Təcrübəli forvard ötən mövsüm İspaniya La Liqasında 32 oyuna 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, ÇL-də 15 qola, 2 məhsuldar ötürməyə müəlliflik edib.
Səbuhi Həsənov