Xəbər lenti

Benzema dörd dəqiqəyə həm rəqib, həm öz qapısına qol vurdu (VİDEO)
İdman18:15 20.10.2023

Benzema dörd dəqiqəyə həm rəqib, həm öz qapısına qol vurdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda "Əl-Taavun”la səfər matçının 22-ci dəqiqəsində hesabı açıb.
Cəmi 4 dəqiqə sonra isə o, başla topu öz komandasının qapısından keçirərək hesabı bərabərləşdirib. Qarşılaşma elə bu nəticə ilə də başa çatıb - 1:1.
Qeyd edək ki, 35 yaşlı fransalı "Əl-İttihad”ın heyətində ümumilikdə 8 oyunda 4 qola imza atıb.