Xəbər lenti

Benzema qarajındakı ən bahalı "oyuncaqlar"ını nümayiş etdirdi (FOTOLAR)
İdman09:35 21.12.2021

Benzema qarajındakı ən bahalı "oyuncaqlar"ını nümayiş etdirdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real"ın fransız ulduzu Kərim Benzema özünün "Youtube" kanalında super avtomobillərini nümayiş etdirib və onların hekayəsini anladıb.
Qaynarinfo xəbər verir ki, dünya futbolunun tanınmış simaları adətən avtomobillərini, evlərini və ya bahalı saatlarını paylaşmaqdan çəkinsələr də, Benzema bunun əksini edib. O, bir çox bahalı "oyuncağını", o cümlədən sahibi olduğu ilk avtomobili yutub kanalında nümayiş etdirib.
Avtomobillərə olan həvəsini gizlətməyən "Real"ın "9" nömrəsi ilk nəqliyyat vasitəsinin dostundan aldığı qara rəngli "Mini Cooper S" olduğunu bildirib.
O, "Lion"la ilk peşəkar müqaviləsini imzaladıqdan sonra 18-ci ad günündə "BMW M6 507 CV"yə sahib olub.
Benzema "Bugatti Chiron"u yalnız 2,4 milyon avroya başa gəldiyi üçün deyil, həm də istehsal edilən cəmi 500 ədəddən biri olduğu üçün ən qiymətli "oyuncaqlarından" hesab edir. Hücumçu 1500 at gücünə malik və sürəti saatda 420 km-ə çata bilən "Bugatti"nin indiyə qədər əldə etdiyi ən sürətli avtomobil olduğunu bildirib.
Təəccüblü deyil ki, Benzema 1,4 milyon avro qiyməti olan "Bugatti Veyron Pur Sang"ı ən vacib avtomobil hesab edir. Maşının alüminium və qara karbon lifindən hazırlanmış iki rəngli kuzovu ilə diqqət çəkir. Benzema istehsal edilən bu 5 modeldən yalnız ikisinin qaldığını bildirib.
Fransa millisinin üzvü hansı Ferrari modelinə sahib olduğunu açıqlamasa da, avtomobilə həvəsinin yarandığı uşaqlıq illərindən italyan markasının onun üçün xüsusi olduğunu bildirib. Ulduz futbolçu İnstaqram hesabında "Ferrari"nin 3 modelini - "488 Pista", "488 Spider" və "GTC4 Lusso"nun fotolarını paylaşıb.
"Mercedes G-Class" idman avtomobilləri ilə müqayisədə gözə dəyməyən dizaynı ilə məşhurlar arasında yer alır. Bu, 612 at gücünə malik "G65 AMG V12" mühərrikli "offroad" avtomobilidir.
Onun 80 min avroya aldığı "AUDI RS 4" onun qarajındakı ən köhnə avtomobillərdən biridir. "Audi"nin "Real"a sponsorluğu oyunçulara müxtəlif modellərdən həzz almağa imkan verir. Bu illər ərzində "RS 4" Benzemanın kolleksiyasında qalan az sayda modeldən biri olub. Həmin model 2006-cı ildə istehsal olunub və ikinci nəsildir. Həmin vaxt 420 at gücü, V8 mühərriki ilə təchiz edilmişdi və qiyməti 82 min avrodan başlayırdı.
Ulduz futbolçu nəhayət videoda "Audi RS 6"nın gündəlik istifadə üçün ideal olduğunu deyib. 2020-ci ilin istehsalı olan model 600 at gücünə malikdir və qiyməti 140 min avrodan yüksəkdir. Bu avtomobil cəmi 3,6 saniyəyə 100 km/saat sürət yığa bilir.
"Mercedes" və "McLaren" arasındakı əməkdaşlıq kolleksiyaçılar Fernando Alonso, Maykl Cordan, Donald Trump, Beyonce və Rihanna da daxil olmaqla bir çox tanınmış simalar arasında populyarlaşıb. Yarım milyon avro dəyərində möhtəşəm dizayna sahib olan "Mercedes SLR" "McLaren"i 626 at gücünə malik 5.4 V8 mühərriki, karbon lifli şassisi ilə müşayiət edir. 

Səbuhi Həsənov
Mənbə: "NTV Spor"