Xəbər lenti

Benzinin bahalaşması taksi qiymətlərinə necə təsir edib? (ARAŞDIRMA)
Ekonomiks 11:53 15.07.2017

Benzinin bahalaşması taksi qiymətlərinə necə təsir edib? (ARAŞDIRMA)

Tarif Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edib.

"Qaynarinfo"  Oxu.Az benzinin qiymətinin artmasının ölkədə taksi xidməti göstərən şirkətlərin tariflərinə təsiri ilə bağlı araşdırmasını təqdim edir: 

Konkret məsafə - “20 Yanvar” və “İçərişəhər” metro stansiyaları üzrə may ayı üzrə qiymətlərlə Tarif Şurasının qərarından sonrakı qiymətlərin müqayisəsini təqdim edirik:

189 - (Econom) may ayında məsafə üzrə gediş haqqı 3,86 manat, Tarif Şurasının qərarından sonra 4.14 manat;

“Salam Taksi”  may ayında məsafə üzrə gediş haqqı 2,51 manat, Tarif Şurasının qərarından sonra 2.95 manat; 

Taxı*9111 may ayında məsafə üzrə gediş haqqı 3 manat , Tarif Şurasının qərarından sonra 3,60 manat; 

“Felix Taxı” may ayında məsafə üzrə gediş haqqı 3,76 manat, Tarif Şurasının qərarından sonra 4,50  manat;

“Uber” may ayında məsafə üzrə gediş haqqı 4 manat, Tarif Şurasının qərarından sonra 4,18 manat;

“City Taxı”, “Taxı24” hələlik xidmət tariflərinə dəyişiklik etməyib. Nəzərə çatdıraq ki, simvolik seçdiyimiz məsafə 6 km təşkil edir.

Hazırda Bakıda 10-dan çox sifarişli taksi şirkəti və 16 min fərdi taksi xidməti mövcuddur.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->