XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü
Ölkə22:49 20.08.2026

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.

Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır