Xəbər lenti

Bərdədə ağır yol qəzasısı: yaralılar var
Ölkə14:37 13.09.2016

Bərdədə ağır yol qəzasısı: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Zümürxan kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə "Toyota Land Cruiser" markalı minik maşını toqquşub.
Qəza nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və iki qadın sərnişini ağır dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və Travmatologiya şöbələrinə yerləşdiriliblər.
Faktla bağlı rayon polisində araşdırma aparılır.
Qaynarinfo.Az