Xəbər lenti

Bərdəni atəşə tutan "Smerç" məhv edildi (VİDEO)
Ölkə06:10 30.10.2020

Bərdəni atəşə tutan "Smerç" məhv edildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.
Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.