Xəbər lenti

Berluskoni "Milan" azarkeşlərinə söz verdi
İdman14:46 23.12.2013

Berluskoni "Milan" azarkeşlərinə söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Milan"ın sahibi Silvio Berluskonu klubunun gələcəyi haqda danışıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, o deyib ki, "Milan" əvvəlki gücünü qaytaracaq:

"Mən bu klubu almazdan əvvəl "Milan" B seriyasında mübarizə aparırdı. O zaman azarkeşlərə söz vermişdim ki, “Milan” dünyanın ən yaxşı komandalarından biri olacaq. Ancaq o zaman mənim dediklərimə heç kəs inanmamışdı. İndi də mən yeni bir idarə heyəti qurub "Milan"a qayıdacam. Hər kəsin darıxdığı "Milan" geri dönəcək. Çempionlar Liqasında və A seriyasında çempionluqlar bizi gözləyir".

Qaynar.info