
1986-cı ildə "Milan"ı alan italyan iş adamı və siyasətçi Silvio Berluskoni 30 ildən sonra klubu çinlilərə satıb. Artıq bir ildən çoxdur, davam edən danışıqlıqlar ötən həftə tamamlanıb. Çinlilər "Milan" üçün Berluskoniyə 2 il ərzində 400 milyon avro ödəyəcək.
Klubun çinlilərə satılması ilə bağlı açıqlama verən Berluskoni "Mən son 4 ildə "Milan"ı əvvəlki kimi idarə edə bilmirdim. İnanıram ki, bundan sonra "Milan" sadəcə İtaliyanın deyil, Avropanın da ən böyük klubları arasına geri dönəcək," - deyib.
Keçən mövsüm 93.5 milyon avro zərər edən "Milan" Seriya A-nı VII olaraq bitirib, növbəti mövsüm üçün Avropada iştirak etmək haqqı qazana bilməmişdi. Keçən həftə isə Milan Vintsenzo Montellanı klubun yeni məşqçisi olaraq açıqlayıb.
Bu çinlilərin Avropa klublarına ilk sərmayəsi deyil. Bundan əvvəl CMC qrupu "Manchester City"-yə 400 milyon avro, Dalian Vanda isə "Atletiko" klubunun səhmlərinin 20%-ni almışdı. //pahoo.az
Qaynarinfo.az