Xəbər lenti

Bernard Lippertin çalışdığı assosasiyada yaş saxtakarlığı - Qadağa qoyuldu
İdman08:12 05.07.2022

Bernard Lippertin çalışdığı assosasiyada yaş saxtakarlığı - Qadağa qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Afrika Futbol Konfederasiyası (CAF) Qananın qızlardan ibarət U-17 millisini Qadınlararası Dünya Çempionatının Afrika üzrə seçmə mərhələsinin növbəti iki buraxılışında iştirakını qadağan edib.
Qaynarinfo xəbər verir ki, buna millidəki futbolçuların yaşının saxtalaşdırılması səbəb olub. Mərakeş Futbol Federasiyası Qana yığmasının 8 futbolçusunun 17, üçünün 23, qalanlarının isə 18 və 20 yaşdan yuxarı olduğu haqda şikayət edib. Mərakeş tərəfinin Nansi Amoh və Raşeda Şahadunun doğum tarixləri ilə bağlı yalan söyləməsinə və 17 yaşdan yuxarı olmasına etirazından sonra  CAF komandanın yarışlardan uzaqlaşdırılması haqda qərar verib. Bununla yanaşı Qana Fubol Federasiyası 100 min ABŞ dolları məbləğində cərimələnib.
CAF-ın qərarından sonra apellyasiya şikayəti vermək imkanı yaradılsa da Qana Futbol Assosasiyası bu iddialarla bağlı müraciət etməyib. 
2022-ci ildə Hindistanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatının seçmə mərhələsinin son turunda Mərakeş Qana üzərində qələbə qazanıb.
Uzun illər Azərbaycanda, AFFA-nın texniki direktoru kimi çalışmış alman mütəxəssis Bernard Lippert hazırda fəaliyyətini Qana Fubol Assosasiyasında davam etdirir. 
Səbuhi Həsənov