Xəbər lenti

Berti Foqts ABŞ-dan da qovuldu
İdman11:00 22.11.2016

Berti Foqts ABŞ-dan da qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts yenidən işsiz qalıb.

Qaynarinfo.Az xəbər verir ki, 69 yaşlı mütəxəssisin texniki məsləhətçi kimi çalışdığı ABŞ yığmasındakı karyerası sona çatıb. Buna baş məşqçi  Yürqen Klinsmannın istefaya göndərilməsi səbəb olub. Dünya çempionatının (DÇ-2018) seçmə mərhələsində ardıcıl 2 məğlubiyyət almaniyalı mütəxəssisin qovulması ilə nəticələnib.

Qeyd edək ki, Berti Foqts 2014-cü ilin oktyabrında Osiyek şəhərində Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra istefa verməyə məhkum olmuşdu. O, ötən ilin martında isə ABŞ millisində texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdu.

Qaynarinfo.Az