Xəbər lenti

Berti Foqts gedəsi olmadı
İdman09:54 13.12.2013

Berti Foqts gedəsi olmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts yığmada işini davam etdirəcək.

Bu barədə Trend-ə AFFA-dakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, AFFA İcraiyyə Komitəsinin Foqtsun milli komandada qalması barədə qərar qəbul edəcəyi gözlənilir.

Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi də müzakirə ediləcək.

Qeyd edək ki, 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunda mübarizə aparan Azərbaycan millisi 9 xal toplayaraq qrupda 4-cü olub.

Qaynar.info