
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis vətənində verdiyi açıqlamada postunu tərk etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Foqts AFFA-nın ona alternativ məşqçi axtarışlarına başlayacağını açıqlamasından sonra dəyişikliyin tez baş verməsini həqiqətəuyğun saymır. O, müqaviləsinin başa çatmasından sonrakı müzakirələrə də hazır olduğunu bildirib: “Bu ilin sonunda müqaviləm başa çatır. Artıq 6 ildir Azərbaycandayam. Anlaşmam başa çatandan sonra bir yerə yığışıb, işimi müzakirə edəcəyik. Əgər 6 il ərzində heç bir titul qazanılmırsa, deməli, əməkdaşlığımızın davamının müzakirə olunması normaldır”.
Qeyd edək ki, bu ilin sonunadək yığmamız DÇ-2014-ün seçmə mərhələsində İsrail, Şimali İrlandiya və Rusiya ilə, yoxlama oyunlarında isə Malta, Estoniya, Qırğızıstanla üz-üzə gələcək.
Qaynar.info