Xəbər lenti

Berti Foqts və Rəşad Sadıqovun "Qızıl top" seçimi
İdman14:47 14.01.2014

Berti Foqts və Rəşad Sadıqovun "Qızıl top" seçimi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirilmiş səsvermənin təfərrüatı fifa.com saytında açıqlanıb.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ilk səsini  Kriştiano Ronaldoya (Portuqaliya, “Real” Madrid), ikinci səsini Filipp Lama (Almaniya, “Bavariya”, Almaniya),  üçüncü səsini isə Robert Levandovskiyə (Polşa, “Borussiya” Dortmund) verib.

 Yığmamızın kapitanı Rəşad Sadıqov isə 2013-cü ilin ən yaxşı futbolçu olaraq F.Riberini (Fransa, “Bavariya") görüb. O, ikinci seçimini Kriştiano Ronaldo (Portuqaliya, “Real” Madrid), sonuncu seçiminə isə Zlatan İbrahimoviçə (İsveç, PSJ, Fransa) tərəf edib.

Qaynar.info