Xəbər lenti

Berti Foqtsdan Qaret Beyl və Özil AÇIQLAMASI
İdman09:03 14.09.2013

Berti Foqtsdan Qaret Beyl və Özil AÇIQLAMASI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts "Real" (Madrid) klubunun 100 milyon avroya heyətinə qatdığı Qaret Beyl və Məsut Özilin "Arsenal"a keçidi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis "Sky Sports News"a açıqlamasında uelsli yarımmüdafiəçi barədə bunları deyib:
 
"Beylin dünya səviyyəsində bir futbolçu olduğu reallıqdır. Onu yaxşı tanıyıram, ancaq transferinin məbləğini eşidəndə çox təəccübləndim. İndi özünü sübut etmək məcburiyyətindədir. Mən onun "Real"da uğurlu çıxış edəcəyinə inanmıram".

Məsut Özilin transferinə də münasibət bildirən Foqts "Arsenal"ın baş məşqçisi Arsen Vengeri təbrik edib: "Vengeri təbrik edirəm. Özil "Arsenal"ın uzun illər axtardığı tipdə bir oyunçudur".

Qaynar.info