Xəbər lenti

Berti Foqtsdan rüsvayçılıq
İdman18:00 07.06.2013

Berti Foqtsdan rüsvayçılıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan yığması yenə Lüksemburqla bacarmadı

Berti Foqtsun başçılıq etdiyi milli komandamız növbəti rusvayçılığa imza atdı.

Qaynar.info-nun xəbərinə göeə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqu qəbul edən komandamız meydandan sülhlə ayrıldı.

Qrup mərhələsində bəlkə də qalib gələ biləcəyimiz yeganə komanda, Avropanın ən zəiflərindən biri olan «cırtdan ölkə» yığması ilə səfər oyununda olduğu kimi (0:0) cavab qarşılaşması da sülhlə başa çatdı – 1:1. Bununla da Foqts və onu yığmada saxlayanlar növbəti dəfə Azərbaycan futbolsevərlərini ələ salmış oldu.

Qeyd edək ki, hesabı 71-ci dəqiqədə Ruslan Abışov açıb. 9 dəqiqə sonra Stefan Benisi tarazlığı bərpa edib. 85-ci dəqiqədə qırmızı vərəqə alan Branmir Subaşiç millimizi azlıqda qoyub.

Ona da qeyd edək ki, millimiz FİFA-nın dünən açıqladığı son reytinq cədvəlində 291 xalla 118-ci pillədə qərarlaşıb və ötən ayla müqayisədə 2 pillə irəliləyib. 3 pillə irəliləyən Lüksemburq isə 186 xalla 145-ci yeri tutur. Yəni Foqtsun komandası özündən 27 pillə geri qalan rəqibə ev oyununda 1 xal verdi.

Qaynar.info