Xəbər lenti

Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı
Ekonomiks06:20 20.12.2021

Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb.
Qaynarinfo-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.